Şriftin ölçüsü :

Saytın rəngi :

5 Mart - Bədən Tərbiyəsi və İdman Günüdür

06 mart 2013 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 mart 2005-ci il tarixdə imzaladığı müvafiq Sərəncama əsasən hər il martın 5-i ölkəmizdə "Bədən tərbiyəsi və idman günü" kimi qeyd olunur.

Bu münasibətlə 05 mart 2013-cü il tarixdə rayonun idman nümayəndələri ilə görüş keçirildi. Tədbirin əvvəlində ölkəmizin idman həyatına həsr edilmiş film nümayiş etdirildi. Çıxış edən məşqçi müəllimlər və idmançılar ölkəmizdə idmana və idmançılara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə öz dərin etdikləri bütün yarışlarda Azərbaycanın bayrağını ən yüksək zirvələrə qaldırmağa çalışacaqlarına söz verdilər. Daha sonra qabaqcıl məşqçi müəllimlər diplom və “Fəxri Fərman” larla təltif edildilər.

Tədbir Gənclər Mərkəzinin fastfud-kafesində çay süfrəsi ətrafında davam etdi.

Keçidlər