Şriftin ölçüsü :

Saytın rəngi :

“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsinin icrası sürətlə davam etdirilir

26 iyul 2017 | 11:00

“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının tikintisi işləri sürətlə davam etdirilir. İnşaat işlərinə 2015-ci ilin martında başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev 19.10.2016-cı il tarixdə Ağstafa rayonuna səfəri çərçivəsində  Ağstafa “Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməl qoyma mərasimində iştirak etmiş,  ümumi sahəsi  5048 kvadratmetr olan hazır məhsullar anbarına baxmışdır. Dövlət başçısı ümumilikdə Ağstafa “Aqroservis” MMC-nin layihələri çərçivəsində görülən işləri yüksək qiymətləndirmişdir.
Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatı  3 zavoddan  ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı”  zavodlarıdır.
Layihə çərçivəsində saatda 1,0 ton istehsal gücü olan çörək və yarım fabrikatlar  sexi, saatda 25,0 ton istehsal gücü olan toxum istehsalı zavodu 30,0 min tonluq taxıl,       2,0 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli Fas-food  iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq. Ümumi sahəsi 2,0 min kvadratmetr olacaq Fas-food  iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin İxracat krediti Sığorta agentliyinin (Fuler Hermes), “Landesbank Baden-Wuerttemberg” dəstəyi ilə “Ağstafa Aqroservis”-in II mərhələsini təşkil edən Ağstafa taxıl və un məmulatları kombinatının tikintisinə 39,0 milyon avro vəsait ayrılıb.
Bu layihəyə 6,0 min ha torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı, 30,0 min ton saxlama gücü olan taxıl anbarı, ümumi sahəsi 4048 kv. metr olan toxum emalı müəssisəsi, istehsal gücü saatda 5,0 ton olan taxıl emalı və un zavodu, istehsal gücü saatda 5,0 ton olan çörək və çörək məmulatları zavodu, marketinq, satış və eyni zamanda 200 nəfərə xidmət edən “Fas-food” iaşə xidməti sistemi və özündə istehsal və emal sahələrini birləşdirən böyük aqro parkın təsis edilməsi ilə bölgədə ən böyük taxılçılıq təsərrüfatının yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalında və torpaqların istifadə edilməsində  mühüm təşviq təsirinin olması daxildir.
Layihə vətandaşlara regiona uyğunlaşdırılmış taxıl toxumunun emalı, yerli taxıl sortlarından alınan un istehsalının tənzimlənməsi, əhalinin un, çörək və şörək məmulatları ilə təchiz edilməsi, regionda qaba yem istehsalı probleminin həll olunmasına  köməklik edəcək. İstehsal və emal olunan məhsullar həm yerli bazarın tələbatının ödənilməsinə, eləcə də ixrac üçün nəzərdə tutulur.
Layihə hazır olduqda 240 nəfər işlə təmin ediləcəkdir.
Ağstafa taxıl və un məmulatları kombinatı layihəsinə daxil olan toxum emalı müəssisəsinin tikinti işləri başa çatmaq üzrədir. Layihəyə daxil olan digər istehsal və emal müəssisələrinin tikinti işləri xeyli sürətləndirilmişdir. Tikinti işlərinin mərhələlərlə  yaxın aylarda yekunlaşması nəzərdə tutulur.

Keçidlər