Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə və xaricdə ali təhsil alan gənclərlə görüş

11 avqust 2017 | 11:00

Ölkəmizdə gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Bu siyasətin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir. Həm ulu öndərimiz Heydər Əliyevin və həm də cənab Prezidentimiz İlham Əliyevin gənclərlə çox saylı görüşləri, onlara etdikləri dəyərli tövsiyələri gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edir.
Bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon İcra hakimiyyəti başçısı aparatının konfrans zalında ölkəmizdə və xaricdə ali təhsil alan ağstafalı gənclərlə görüş keçirdi. Səmimi keçən görüşdə  icra başçısı ölkəmizin uğurlu daxili və xarici siyasətindən, sürətli və dinamik sosial-iqtisadi inkişafından, yaradılmış davamlı ictimai-siyasi sabitliyindən, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illərdə Ağstafada həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən geniş bəhs etdi. Qeyd olundu ki, sağlam düşüncəyə, təfəkkürə,  yüksək əqidəyə malik gənclərin formalaşması ulu öndərin  qarşıya qoyduğu prioritet vəzifələrdən olmuşdur. Bu gün Azərbaycanda gənclər siyasətinin  uğurla həyata keçirilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi strategiyasının nəticəsidir.                                                                                            
       Tədbirdə çıxış edən bir sıra gənclər öz  arzu və təkliflərini də irəli sürdülər. Müxtəlif  ölkələrdə və müxtəlif təhsil ocaqlarında təhsil alan gənclər bu gün Azərbaycanın inkişafından qürur duyduqlarını və bu cür görüşlərin  dövlətin gənclərə qayğısının təzahürü olduğunu  bildirdilər.

Keçidlər