Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər Heydər Əliyev adına parkda sakinlər asudə vaxtlarını səmərəli keçirirlər

15 avqust 2017 | 11:00

   Yay mövsümündə sakinlərin  asudə vaxtının  səmərəli təşkil  edilməsi və Ağstafa rayonunda mədəni kütləvi tədbirlərin  həyata keçirilməsi ilə əlaqədar olaraq  Ağstafa rayonu İcra hakimiyyəti başçısının  imzaladığı müvafiq sərəncama  əsasən  Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yay kinoteatrında milli bədii filmlərimiz, eləcə də həmin səhnədə rayonun mədəniyyət və incəsənət nümayəndələrinin ifasında maraqlı konsert proqramı təşkil edilir. Bu tədbirlər rayon sakinləri və yay mövsümündə Ağstafaya təşrif buyuran qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanır.
Ümumiyyətlə yay mövsümündə Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət  və istirahət parkında ailəvi istirahət etmək üçün nəinki ağstafalılar, həmçinin qonşu rayon sakinləri də təşrif buyururlar. Burada hər kəsə yüksək xidmət göstərən kafelər, uşaqların əylənməsi üçün quraşdırılmış karusellər, maşınlar, qatar və sair qurğular da sakinlərin daha da mənalı istirahət etmələrinə xidmət edir. Eyni zamanda Heydər Əliyev adına mədəniyyət və istirahət parkına gələn insanlar   2,5 hektar ərazini əhatə edən açıq səma altında inşa olunmuş unikal mini Azərbaycan parkını da mütləq ziyarət edir, Azərbaycanın tarixi və müasir abidələri ilə yaxından tanış olurlar. Bu da onların asudə vaxtlarının səmərəli keçirmələrinə daha böyük rəng qatır. Ümumiyyətlə  digər ölkələrdə inşa olunmuş bu cür parklardan fərqli olaraq buranı ziyarət etmək tamami ilə ödənişsizdir. Bu parkın ziyarətçiləri arasında həmçinin Ağstafadan keçən yerli və xarici turistlərə də rast gəlinir.
  

Keçidlər