Poylu-Zəlimxan-Aşağı Kəsəmən avtomobil yolu da əsaslı şəkildə yenidən qurulur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq son illərdə Ağstafa rayonunun nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter almışdır. Belə ki, yaxın zamanda Ağstafa rayonunu ərazisində yerləşən bütün yaşayış məntəqələrini əlaqələndirən avtomobil yolları tamami ilə yenidən qurulmuş olacaqdır. Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir. Müvafiq yaşayış məntəqələrini birlşdirən dörd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. 13,0 km uzunluğunda olan Ağstafa – Köçəsgər avtomobil yolunda inşaat işləri yekunlaşmaq üzrədir, 13,5 kilometr uzunluğunda Poylu-Zəlimxan-Aşağı Kəsəmən, 24,0 km uzunluğunda Vurğun Köhnəqışlaq və 9,5 km uzunluğunda olan Soyuqbulaq-Qarayazı avtomobil avtomobil yollarında yenidənqurma tədbirləri uğurla icra olunur.
Poylu-Zəlimxan-Aşağı Kəsəmən avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun tikilir. Hazırda avtomobil yoluna asfalt-beton örtüyünün ilk qatının salınması və avtomobil yolundan keçəcək su keçidləri üçün müvafiq işlər görülür. Yola döşənəcək asfalt - beton örtüyünün qalınlığı 12 sm təşkil etməklə iki hərəkət zolaqlı olacaqdır.