Rayonun qışa hazırlıq vəziyyəti Şura iclasında müzakirə edildi
Bu gün Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatının akt zalında RİH başçısı yanında şuranın növbəti geniş tərkibdə iclası keçirildi. Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə keçirilən iclasda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan cənab Məhərrəm Quliyev ilk öncə şuranın müazkirəsinə çıxarılan məsələlər barədə tədbir iştiakçılarına ətraflı məlumat verdi. Şurada müzakirəyə çaxarılmış məsələlərə dair İcra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova rayonun orta ümumtəhsil müəsisələrinin yeni dərs ilinə hazırlıq vəziyyəti, Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev rayonun qışa hazırlığının vəziyyəti barədə geniş məruzələrlə çıxış etdilər. Qeyd olundu ki, Ağstafa Elektrik Şəbəkəsində qış mövsümünə hazırlıqla əlaqədar müəyyən işlər yerinə yetirilmiş, yarımstansiyalarda, transformator məntəqələrində, elektrik hava xətlərində təmir işlərinə başlanılmışdır. Rayonun 39 yaşayış məntəqəsindən 36 yaşayış məntəqəsi təbii qaz yanacağı ilə təmin edilmişdir.
Məsələlər ətrafında geniş müzakirələr aparıldı, İcra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verdi. Şura iclası işgüzar şəraitdə keçdi.