Şriftin ölçüsü :

Saytın rəngi :

Kolxəlfəli kəndində növbəti səyyar qəbul-görüş

07 mart 2013 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun
Kolxəlfəli kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.

Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə
orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.

Əvvəlcə Kolxəlfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Nəsibov
Kolxəlfəli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər,
elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və
problemlər barədə ətraflı danışdı.

Sonra çıxışlar oldu.

1. Elxan Həsənov Kolxəlfəli kənd tam orta məktəb binası qəzalı vəziyyətdə olduğundan, yeni
məktəb binasının inşa edilməsinə ciddi ehtiyac olduğunu vurğuladı.

2. Məsmə Abdullayeva kəndin içməli su təminatının yaxşılaşdırılması haqqında danışdı.

3. Sahil Orucov iş yerlərinin açılmasının vacibliyindən danışdı.

4. Zaur Quliyev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə
yaşayış binasının inşa edilməsini təklif etdi.

5. Maisə Həsənova Kəndə təbii qazın verilməsinin tezləşdirilməsini xahiş etdi.

6. Saqif Hüseynov Ağstafa çayının sol sahilində yerləşən 6495 nəfər sakinlərin istifadə etdiyi
avtomobil körpüsünün əsaslı təmir edilməsini təklif etdi.

7. Gülnarə Axundova yeni uşaq baxçasının inşa edilməsinə ehtiyac olduğunu qeyd etdi.

8. Sənani Quliyev ərazidə iki ədəd subartezian quyusunun qazılmasını təklif etdi.

9. Namiq Mirzəyev kəndin “Alxanlı” məhəlləsində yolun təmir edilməsini xahiş etdi.

10. Süleyman İsmayılov əhaliyə göstərilən rabitə xidmətinin yaxşılaşdırılması üçün kənddə
elektron tipli ATS-in quraşdırılmasını təklif etdi.

11. Təbriz Gülalıyev Aşağı məhəllə adlanan ərazidə bir ədəd keçid körpüsünün
quraşdırılmasına ehtiyac olduğunu bildirdi.

12. Zeynəb Mədətova mənzilinin təmirinə köməklik edilməsini xahiş etdi.

13. Məmməd Qurbanov kəndin “Tayabaşı” yaşayış məhəlləsinə içməli su xəttinin çəkilməsini
təklif etdi.

14. Əfqan Əkbərov Poylu qəsəbə-Kolxəlfəli-Pirili-Düzqışlaq avtomobil yolunun yenidən
qurulmasının vacibliyindən danışdı.

Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev
əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı
şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha
sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Kolxəlfəli kəndində yeni inşa ediləcək 220 şagird yerlik tam orta məktəb binasının və Ağstafa çayının sol sahil yaşayış məntəqələri üçün əhəmiyyətli olan Poylu qəsəbə-Kolxəlfəli-Pirili-Düzqışlaq avtomobil yolunun yenidən qurulması ilə əlaqədar hazırda layihələndirmə işləri aparılır.

Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq
strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

 

Keçidlər