Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı Ağstafada qeyd olundu

23 avqust 2017 | 11:00

Bün Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının konfrans zalında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı qeyd edilmişdir. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev,  İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Ağstafa regional şöbəsinin əməkdaşları, eləcə də rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak edirdilər.  İlk öncə tədbir iştirakçıları Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edib abidə önünə gül dəstələri düzdülər,  ümummilli liderin əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bu önəmli gün münasibəti ilə idarənin əməkdaşlarını təbrik etdi, onlara bu məsuliyyətli və şərəfli işlərində uğurlar arzu etdi. Qeyd olundu ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Eyni zamanda Xüsusi Dövlət Mühafizə Xidməti vətənimiz uğrunda şanlı döyüş yolu keçmişdir. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında XDMX hərbi qulluqçuları da əsil qəhrəmanlıq nümayiş etdirmişlər. Tədbirdə çıxış edən İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Ağstafa regional şöbəsinin rəisi Ramiz Məmmədov, qrup komandiri Vüqar Şirinov da geniş nitqlə çıxış ediblər. Şöbənin bir sıra əməkdaşları Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev tərəfindən nümunəvi xidmətlərinə görə müvafiq “Fəxri Fərman”larla təltif ediliblər. Sonda rayon İcra hakimiyyətinin inzibati binası önündə xatirə şəkili çəkdirildi. 

Keçidlər