Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər sakinləri ilə növbəti səyyar görüş

24 avqust 2017 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq yerlərdə problemlərin, sakinlərin arzu, istək və təkliflərinin öyrənilməsi, qaldırılan məsələlərin operativ həll olunması məqsədi ilə rayon İcra hakimiyyəti başçılarının səyyar qəbulları davam etdirilir. Bu gün  Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhərində 23 və 24 saylı çoxmənzilli yaşayış binalarının sakinləri ilə görüşdü. Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də həmin binaların sakinləri iştirak edirdilər. İcra başçısı ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən Ağstafada  reallaşdırılan genişmiqyaslı abadlıq-quruculuq, sosial infrastruktur layihələr və hazırda bu istiqamətdə uğurla davam etdirilən layihələrin icrası barədə ətraflı məlumat verdi.  O cümlədən,  Ağstafa şəhərində  çoxmənzilli yaşayış binalarının təmiri, kommunal şəraitlərinin yaxşılaşdırılması, eləcə də ətrafda abadlıq-quruculuq tədbirlərinin icrası da sürətlə davam etdirilir. Sakinlərə bildirildi ki, bu binalarda da təmir işlərinin aparılması üçün müvafiq hazırlıqlar görülür və yaxın zamanda  işə başlanılacaqdır. Tədbirdə çıxış edən sakinlər son illər rayonda görülən abadlıq-quruculuq işlərindən, şəhər küçələrinin yenidən qurulmasından və təmizliyindən məmnunluqlarını ifadə etdilər. Bunun üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını etdilər. İcra başçısı səyyar görüşdə sakinlər  tərəfindən qaldırılan məsələlərin həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.

Keçidlər