Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər 3 saylı tam orta məktəb binasının əsaslı yenidən qurulması işləri sürətlə davam edir

26 avqust 2017 | 11:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2016-cı il tarixli “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncama uyğun olaraq  1320 şagird yerlik  ümumtəhsil məktəbinin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri sürətlə davam etdirilir.
Məktəb binası iki korpusdan ibarət olmaqla ümumi sahəsi  6076 kv metr, ümumi ərazisi  isə 3,5 hektardır. 4 mərtəbəli binada  köhnə suvaq qatları, uyğunsuz arakəsmələr, köhnə döşəmələr, pilləkən qəfəsləri, qapı və pəncərələr sökülərək yenisi ilə əvəz edilmişdir. Layihəyə uyğun elektrik sistemi tamamilə yenilənmiş, müvafiq yerlərdə 20 dən çox təhlükəsizlik kameraları quraşdırılacaqdır. Hazırda idman, akt zallarında, sinif otaqlarında son tamamlama işləri görülür, pilləkanların əsaslı təmiri  işləri tamamlanmış, hər mərtəbənin koridor və foyelərinə  yüksək keyfiyyətli keramoqranit tipli dekorativ döşəmə vurulur. Həyətyanı sahədə də abadlıq-quruculuq işləri davam etdirilir. Ətrafın dekorativ hasarlanması işləri tamamlanmaq üzrədir, binanın həyətinə bursçatka tipli döşəmə daşları vurulur, məktəbə gedən əsas avtomobil yolu da əsaslı təmir ediləcəkdir.
Ağstafa şəhər 3 saylı tam orta məktəb binasının yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur. 

Keçidlər