Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada yeni layihə: “ATİLO” MMC sərinləşdirici içkilər (pivə) zavodu

28 avqust 2017 | 11:00

Ökəmizdə sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin əsas istiqamətidir. Yaradılmış əlverişli biznes mühiti və sahibkarlığa göstərilən yüksək dovlət dəstəyi nəticəsində rəqabət qabiliyyətli ixrac yönümlü müəssisələrin sayı durmadan artmaqdadır. Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Ağstafa rayonunda da yeni-yeni istehsal, sənaye, emal və xidmət sahələri yaradılıb istifadəyə verilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilir. Hazırda Ağstafada daha bir istehsal sahəsinin, “ATİLO” MMC sərinləşdirici içkilər zavodunun inşasına başlanılmışdır. Bu layihə tamamilə müasir texnologiyalara əsaslanan istehsal sahəsidir.  Bakı-Qazax  avtomobil magistralının kənarında, Dağ Kəsəmən kənd ərazisində inşa olunan zavodda pivə istehsalı, sərin içkilər istehsalı, şüşə qablar (0.5 l) istehsalı və sərin içki məhsullarının saxlanılması və qablaşdırılması kimi sahələr fəaliyyət göstərəcəkdir. İstehsal müəssisəsində xammal kimi regionda mövcud olan təbii resurslardan istifadə nəzərdə tutulur. İstehsal olunacaq məhsullar isə  əsasən daxili bazara yönəldiləcəkdir. İstehsalda istifadədən sonrakı  qalan qalıqlar  (solotların) heyvandarlıqda yem kimi istifadə oluna biləcəkdir. Layihədə istifadə ediləcək avadanlıqların və pivə istehsalı üçün “solot” və “xmel” in Avropa ölkələrindən gətiriləcəkdir. İstehsal müəssisəsin 2018-ci ilin may ayında istifadəyə verilməsi planlaşdırılır. Tam  fəaliyyətə düşdükdən sonra isə burada 150 nəfər daimi işlə təmin olunacaqdır.  

Keçidlər