Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının tikintisi sürətlə davam edir

30 avqust 2017 | 11:00

“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan  Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşasına 2015-ci ilin martında başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev 19.10.2016-cı il tarixdə Ağstafa rayonuna səfəri çərçivəsində  “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməl qoyma mərasimində iştirak etmiş,  ümumi sahəsi  5048 kvadratmetr olan hazır məhsullar anbarı ilə tanış olmuşdur.  Dövlət başçısı ümumilikdə “Ağstafa Aqroservis” MMC-nin  layihələri çərçivəsində görülən işləri yüksək qiymətləndirmişdir.
Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatı  3 zavoddan  ibarət olacaqdır. Bunlar  “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı”  zavodlarıdır.
Layihə çərçivəsində  saatda 1,0  ton istehsal gücü olan çörək və yarım fabrikatlar  sexi , saatda 25,0  ton istehsal gücü olan toxum istehsal zavodu  30,0 min tonluq taxıl, 2,0 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, iki mərtəbəli  fasfud   iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaqdır. Ümumi sahəsi 2,0 min kvadratmetr olacaq fasfud  iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək.
Layihə hazır olduqda  240 nəfər daimi işlə təmin ediləcəkdir.
Ağstafa taxıl və un məmulatları kombinatı layihəsinə daxil olan toxum emalı müəssisəsinin tikinti işləri başa çatmaq üzrədir. Layihəyə daxil olan digər istehsal və emal müəssisələrinin tikinti işləri xeyli sürətləndirilmişdir.
Tikinti işlərinin mərhələlərlə  yaxın aylarında yekunlaşması nəzərdə tutulur.

Keçidlər