Şriftin ölçüsü :

Saytın rəngi :

Ehtiyacı olan ailələrə Qurban bayramı sovqatları paylanıldı

31 avqust 2017 | 11:00

Dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibəti ilə Ağstafa rayon İcra hakimiyyəti tərəfindən rayonda ehtiyacı olan ailələrə bayram sovqatları paylanılmışdır. Rayon İcra hakimiyyətinin başçısı bu münasibətlə tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki, dövlətimizin onlara göstərdiyi yüksək qayğı daim diqqət mərkəzində saxlanılır.  Sovqatları qəbul edən ailələrin üzvləri bu cür əlamətdar günlərdə onların yad olunması üçün dərin minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər