Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada xalça toxuculuğu müəssisəsinin inşası sürətlə davam edir

31 avqust 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ağstafa rayonunda ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində işlər uğurla davam etdirilir. Belə ki, Ağstafada qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq “Azərxalça” ASC-nin Ağstafa filialının təsis edilməsi qərara alınmışdır. Tikinti üçün rayon İcra hakimiyyəti tərəfindən şəhərin Hüseyn Arif küçəsində 0,38 ha torpaq sahəsi ayrılmışdır. Layihə üzrə bir mərtəbəli və  sahəsi 1246,0 kv. metr olan binanın inşaat işlərində son tamamlama işləri aparılır. Burada 465,60 kv. metr sahə  toxuculuq zalı üçün nəzərdə tutulub. Müəssisənin ərazisində də quruculuq-abadlıq işləri aparılır. Belə ki, binanın ətrafı dekorativ hasara alınıb, dekorativ yaşıllıq sahələri salınıb.  Toxuculuq müəssisəsini ixtisaslı işçilərlə təmin etmək məqsədi ilə Heydər Əliyev Mərkəzində xalçaçılıq dərnəyi yaradılmışdır. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 120 nəfər daimi işlə təmin olunacaqdır. 

Keçidlər