Şriftin ölçüsü :

Saytın rəngi :

Əsaslı yenidən qurulan Eynallı-Qırılı avtomobil yolunda son tamamlama işləri aparılır

06 sentyabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq   Sərəncamı ilə Ağstafa rayonunun Vurğun, Həsənsu, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən Ağstafa – Köçəsgər və həmin yaşayış məntəqələrini Qırılı kəndi ilə əlaqələndirən Eynallı-Qırılı avtomobil yollarının əsaslı şəkildə yenidən qurulmuşdur.  Bülə ki, ümumi uzunluğu 15,5 kilometr təşkil edən avtomobil yollarında son tamamlama işləri aparılır.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 3-cü texniki dərəcəyə uyğun tikilən Eynallı-Qırılı avtomobil yolunda aparılan tikinti işlərinə  növbəti dəfə yerində nəzər saldı. İşlərin gedişatı ilə yaxından tanış oldu. Məlumat verildi ki, iki hərəkət zolaqlı yola 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtük döşənilibdir, işlər tam yekunlaşdıqdan sonra isə yola müvafiq yol nişanları və məlumatverici lövhələr, yol-cizgi və yolgöstərici xətlər çəkiləcəkdir. Tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunubdur.
Avtomobil yolunun yaxın zamanda açılışının olması nəzərdə tutulur.

Keçidlər