Qırılı kənd sakinləri ilə növbəti səyyar görüş
Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunun yaşayış məntəqələrində vətəndaşların səyyar qəbullları davam etdirilir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sakinlərlə növbəti səyyar görüşü Qırılı kəndində keçirildi. Tədbirdə rayonun müvafiq idarə müəssisə və təşkilat rəhbərləri, rayon İcra hakimiyyəti başçısının müvainləri və aparatının şöbə müdirləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Görüşü İcra başçısı açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud siyasi sabitliyindən, eləcə də Ağstafa rayonunda həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrdən, geniş abadlıq və quruculuq işlərindən geniş bəhs etdi. Həmçinin Qırılı kəndində görülən işlərədə toxunuldu. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq hazırda əsaslı yenidən qurulan və son tamamlama işləri görülən Eynallı-Qırılı avtomobil yolu ölkə başçısının Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Bundan başqa son vaxtlar Qırılı kənd tam orta məktəbində əsaslı təmir işləri aparılmış, kəndin içməli su problemi olan hissəsinə yüksək keyfiyyətli plastik borularla içməli su xətti çəkilmiş, elektrik enerjisi problemi olan hissəsində isə 1 ədəd müasir tipli elektrik transformatoru quraşdırılmışdır. Bütün yaşayış məntəqələrində mövcud problemlər daim diqqətdə saxlanılır və həmin məsələlərin kökündən həll olunması istiqamətində zəruri tədbirlər göürülür.
Səyyar görüşdə iştirak edən kənd sakinləri Bayramova Azadə Xəlil qızı, Tağıyev Heyrət Musa oğlu, Quliyev İlqar İsrafil oğlu və digərləri Qırılı kənd ictimaiyyəti adından kənddə aparılan tikinti, quruculuq, abadlıq işləri üçün ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.
Cənab Məhərrəm Quliyev görüşdə müxtəlif təkliflərlə çıxış edən sakinlərin müraciətlərini qəbul etdi və qaldırılan məsələlərin operativ qaydada həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.