Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbhə bölgəsində yerləşən Köhnəqışlaq kəndinə dövlət qayğısı günü-gündən artır

13 sentyabr 2017 | 11:00

Ölkə başçısı tərəfindən qəbul edilmiş müvafiq Dövlət Proqramları bütün bölgələri əhatə etməklə ölkəmizin daha sürətli inkişafına səbəb olmuşdur. Xüsusilə də cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində yeni infrastrukturların yaradılması, sosial layihələrin icrası, orada yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, onların sosial rifah hallarının maksimuma çatdırılması kimi məsələlər mühüm dövlət proqramlarında öz əksini tapmışdır. O cümlədən Ağstafa rayonunun Ermənistanla sərhəddə yerləşən Köhnəqışlaq kəndinə də dövlət qayğısı yüksək səviyyədədir. Rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev növbəti dəfə Köhnəqışlaq kəndində sakinlərlə görüşdü, orada yeni inşa olunmuş 108 şagird yerlik tam orta məktəb binasına baxış keçirdi. Rayon İcra hakimiyyətinin başçısı qeyd etdi ki, dövlət başçısı cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində bütün məsələləri şəxsi nəzarətində saxlayır.  Hazırda 24 km uzunluğu olan Vurğun-Köhnəqışlaq avtomobil yolunda aparılan əsaslı yenidənqurma işləri son tamamlama mərhələsindədir,  ən müasir tələblərə uyğun inşa olunmuş kənd tam orta məktəb binası yaxın zamanda istifadəyə veriləcəkdir, kəndin  “Arpa dərəsi” adlanan yaşayış məntəqəsinə 760 metr məsafədə içməli su xətti çəkilmişdir,  21 ailənin içməli su problemi tam həll edilmişdir,  kənd İcra nümayəndəliyində, tibb məntəqəsində, körpələr evi-uşaq bağçasında  təmir işləri aparılmışdır.  Görüşdə iştirak edən kənd sakinləri də kənddə həyata keçirilən abadlıq-quruculuq işlərini yüksək qiymətləndirdiklərini qeyd etdilər. İcra olunan bu cür tədbirlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edilər. Daha sonra yeni məktəb binasına baxış keçirildi. Binanın inşası zamanı coğrafi mövqeyi baxımından təhlükəsizlik amilləri tam nəzərə alınmışdır. İki mərtəbəli məktəb binasında xarici dil və informatika dərsləri kabinetləri müvafiq proqram təminatlı kompüter avadanlıqları ilə təchiz edilib, əyani vəsaitlər quraşdırılmış fənn laboratoriyaları  yaradılıb, eləcə də idman və akt zalları, kitabxana, sinif və inzibati otaqlar da ən müasir inventarlarla təchiz olunmuşdur. Bina fərdi qazanxana tipli istilik sistemi ilə təmin olunmuşdur. Həyətində açıq tipli idman meydançası yaradılmış, ətraf tamamilə abadlaşdırılmışdır. 

 

Keçidlər