Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun yol-nəqliyyat infrastrukturu kompleks şəkildə yenidən qurulur

19 sentyabr 2017 | 11:00

Ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, nəqliyyat-yol kompleksi, eləcə də yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ölkəmizin bütün rayonlarında, eləcə də Ağstafada bu sahədə həyata keçirilən kompleks tədbirlər sürətlə davam etdirilir. Belə ki, rayonda  magistral avtomobil yolları ilə yanaşı, rayonun yaşayış məntəqələrini əlaqələndirən avtomobil yolları da tamamilə yenidən qurulur.  Belə ki, son illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq   uzunluğu 7,5 km olan Poylu-Xətai-Yenigün-Aşağı Göycəli,  rayon mərkəzini Ağstafaçay çayının sol sahili ilə 8 yaşayış məntəqəsi və Qazax rayonunu ilə əlaqələndirən  Poylu-Düzqışlaq-Kolayır avtomobil yolları, 60 km uzunluğunda  Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu tamam ilə yenidən qurularaq istifadəyə verilmiş,  Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən ümumi uzunluğu 15,5 km olan  Ağstafa – Köçəsgər  və  Eynallı-Qırılı avtomobil yollarında işlər son tamamlama mərhələsindədir.
Hazırda isə 24 km uzunluğu olan Vurğun-Köhnəqışlaq,  13,5 kilometr uzunluğunda  Poylu-Zəlimxan-Aşağı Kəsəmən və  uzunluğu 9,5 km olan Soyuqbulaq-Qarayazı avtomobil yollarında əsaslı yenidənqurma işləri sürətlə davam etdirilir. Avtomobil yollarının yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur.

Keçidlər