Şriftin ölçüsü :

Saytın rəngi :

“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı

12 mart 2013 | 11:00

11 mart 2013-cü il tarixdə Ağstafa rayonu Mədəniyyət evində “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycanın bölgələrində keçirilən tədbirlər çərçivəsində Ağstafa rayon müsabiqəsinin açılışı keçirildi.
Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi iştirak etdi. Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin müavini Lalə Eyyubova açaraq “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının əhəmiyyətindən danışdı.
Daha sonra Ağstafa şəhər Uşaq Musiqi məktəbinin Muğam şöbəsinin müəllim və şagirdləri geniş konsert proqramı ilə çıxış etdilər.
Festival Ağstafa rayonunda 17 mart 2013-cü ilədək davam edəcək və  bir sıra ölkələrin musiqiçiləri iştirak edəcəklər.

Keçidlər