Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi

29 sentyabr 2017 | 11:00

Bu gün Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti  geniş tərkibdə iclası oldu. Tədbir  rayon İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilirdi. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə keçən iclasda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyələr və eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan cənab Məhərrəm Quliyev gündəlikdə duran məsələlər barədə ümumi məlumat verdi və məruzəçiləri tədbir iştirakçılarının nəzərinə çatdırdı. Belə ki,  RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev  “Ağstafa rayonunda yerli biznes və aqrar layihələrin icrası sahəsində aparılan işlərin vəziyyəti və rayonda sənaye zonasının yaradılması istiqamətində görülən işlərə dair ”  və RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova “Rayonda ictimai təşkilatlar, siyasi partiyalarla və kütləvi informasiya vasitələri ilə aparılan işin qanunauyğun tənzimlənməsi, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasının, dini toleriantlığın təmin olunması sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsinə dair”  məsələlər barədə geniş məruzələrlə çıxış etdilər.
Tədbirdə qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda bir sıra tədbirlər həyata keçirilmişdir. Özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO Sənaye Parkı  fəaliyyətini uğurla davam etdirir. Bu gün sənaye parkında 7 müəssisə fəaliyyət göstərir. Sənaye Parkının tikintisi üçün 7 milyon manat vəsait qoyulmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsini təşkil edən və üç zavoddan ibarət olan Ağstafa taxıl və un məmulatları kombinatının tikintisi işləri sürətlə davam etdirilir. Bunlar  “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı”  zavodlarıdır. “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsinin tikintisi üçün 26 milyon manat investisiya qoyulmuş və tikintinin tam başa çatdırılması üçün əlavə olaraq 13 milyon manat investisiya yatırılması nəzərdə tutulur.  Saloğlu firmasının nəzdində “Modern Mebel Fabriki” və “Venzena Mebel Fabriki” layihələrinin icrası həyata keçirilir.  Yaxın günlərdə mebel şəhərciyinin tikintisinə başlanılması nəzərdə tutulur. Tikinti üçün 128 milyon 741 min manat investisiya qoyulması planlaşdırılır.  Ağstafa rayonunda ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində ardıcıl işlər görülür. Rayonda qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq “Azərxalça” ASC-nin Ağstafa filialı təsis edilmişdir. Tikinti üçün rayon İcra hakimiyyəti tərəfindən şəhərin Hüseyn Arif küçəsində 0.50 ha torpaq sahəsi ayrılmışdır. Layihə üzrə bir mərtəbəli və sahəsi 1246,0 kv. metr olacaq binanın inşaat işləri hazırda başa çatmaq üzrədir. Rayonda fəaliyyət göstərən “Akkord Tekstil” MMC-nin tikiş fabriki yeni avadanlıqlarla təchiz olunmaqla fəaliyyətini davam etdirir. Fabrikdə ixrac yönlü məhsul istehsalı üçün əlavə olaraq 200 min (ABŞ) dolları həcmində investisiya qoyulmuş və bu istiqamətdə işlər davam etdirilir. Artıq fabrikin istehsal etdiyi məhsulların Avropa bazarına çıxarılması üçün müqavilələr bağlanmış və məhsullar ixrac olunur.   Rayonda fəaliyyət göstərən ticarət və xidmət sahələrinin genişləndirilməsi, müasirləşdirilməsi, əhaliyə göstərilən ticarət və xidmətin keyfiyyətinin artırılması məqsədilə sahibkarlıq subyektləri tərəfindən investisiya qoyuluşunun həcmi 2.0 milyon manat civarında olmuş və bu istiqamətdə işlər davam etdirilir. Ağstafada daha bir istehsal sahəsinin, “ATİLO” MMC sərinləşdirici içkilər zavodunun inşasına başlanılmışdır. Bu layihə tamamilə müasir texnologiyalara əsaslanan istehsal sahəsidir.  Bakı-Qazax  avtomobil magistralının kənarında, Dağ Kəsəmən kənd ərazisində inşa olunan zavodda pivə istehsalı, sərin içkilər istehsalı, şüşə qablar (0.5 litr) istehsalı və sərin içki məhsullarının saxlanılması və qablaşdırılması kimi sahələr fəaliyyət göstərəcəkdir. Müəssisənin 2018-ci ilin may ayında istifadəyə verilməsi planlaşdırılır və orada 150 nəfər daimi işlə təmin olunacaqdır.  Rayon üzrə 2017-ci il birinci yarım ili ərzində sənaye məhsulunun ümumi həcmi 3013 min manat olmaqla, ümumi məhsul buraxılışının tərkibində sənaye məhsulunun xüsusi çəkisi 4.6 faiz təşkil edir. Sənaye məhsulunun ümumi həcmi 5.5 dəfə artmışdır. Sənaye müəssisələrində işləyənlərin orta siyahı sayı 420 nəfər olmuşdur. Bir nəfərə düşən orta aylıq nominal əmək haqqı 311 manat təşkil edir.
Gündəlikdə duran məsələlər ətrafında geniş müzakirələr aparıldı. İclas işgüzar şəraitdə keçdi.

Keçidlər