Şriftin ölçüsü :

Saytın rəngi :

Yenidən qurulan 3 saylı tam orta məktəbə baxış və müəllim kollektivi ilə görüş keçirildi

30 sentyabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyev 21 oktyabr  2016-cı il tarixli “Ağstafa şəhərində  3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında”  Sərəncamına uyğun olaraq  1320 şagird yerlik  məktəb binasında əsaslı təmir və yenidənqurma işləri son tamamlama mərhələsindədir
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti dəfə rayonun məsul şəxsləri ilə birgə məktəbdə aparılan işlərə  yaxından  tanış oldu və məktəbin müəllim kollektivi ilə görüşdü. Səmimi söhbət əsnasında keçən görüşdə  qeyd olundu ki, bu gün ölkəmizdə təhsilə, elmə diqqət və qayğı ən yüksək səviyyədədir. Bütün bölgələrimizdə olduğu kimi Ağstafa rayonunda da yeni-yeni məktəb binaları, korpusları  tikilir və ya əsaslı şəkildə yenidən qurularaq  müəllim və şagirdlərin istifadəsinə verilir. Təbii ki, Ağstafada ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi tədrisin keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Gördüyünüz kimi hazırda 6076,0 kvadrat metr sahəsi olan  iki korpuslu bu məktəb binasında, eləcə də 3,5 hektar həyətyanı ərazisində əsaslı təmir və yenidən qurma işləri sona çatmaq üzrədir. Bu bir daha onu göstərir ki, cənab Prezidentimiz İlham Əliyev Ağstafaya və ağstafalılara göstərdiyi qayğı ən yüksək həddədir. Təbii ki, hər birimiz ayrı-ayrılıqda bizə göstərilən bu yüksək etimadı doğrultmalıyıq. Daha böyük səylə çalışmalıyıq ki, ağstafalı şagirdlər daha savadlı olsunlar və nəticədə məzunlarımız ölkəmizdə, eləcə də xaricdəki ən öndə gedən ali təhsil ocaqlarının tələbəsi adını qazansınlar. Yekunda dövlətimiz  və xalqımız üçün layiqli müasir düşüncəli, yüksək intellektli, bilik və bacarıqlı kadrlara çevrilsinlər. Görüşdə çıxış edən müəllimlər şəhər 3 saylı tam orta məktəbdə görülən yenidənqurma işlərinin nəinki onları, bütün ağstafalıları sevindirdiyini  bildirdilər. Qeyd olundu ki, məktəbdə təhsilin səviyyəsinin yüksəlməsi, artıq  bu təhsil ocağına ətraf kəndlərdən də əlavə şagirdlərin gəlməsinə səbəb olmuşdur. Müəllimlər rayon təhsilinə göstərilən yüksək diqqət və qayğı üçün ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər