Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Aşağı Kəsəmən kəndində keçirildi

03 oktyabr 2017 | 11:00


Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm  Quliyev  mütəmadi olaraq  yerlərdə sakinlərlə görüşərək səyyar qəbullar keçirir. Növbəti belə tədbir rayonun Aşağı Kəsəmən kəndində keçirilmişdir.  Tədbirdə rayonun bir sıra rəhbər şəxsləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Görüşdə İcra başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Ağstafada həyata keçirilən abadlıq-quruculuq işlərindən, yaradılan istehsal, sənaye, xidmət və digər sahələrdən   geniş söz açdı. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ağstafamız artıq bir sənaye rayonuna çevrilməkdədir.  Eyni zamanda Ağstafanın yol-nəqliyyat infrastrukturu da kompleks şəkildə əsaslı yenidən qurulur. Buraya həmçinin  13,5 kilometr uzunluğunda  olan Poylu-Zəlimxan-Aşağı Kəsəmən avtomobil yolu da aiddir. Görüdyünüz kimi hazırda yolun tikintisində son tamamlama işləri görülür. Aşağı Kəsəmənlilər artıq ilin istənilən fəslində  rayon mərkəzinə, eləcə də qonşu kəndlərə əlavə vaxt itirmədən ən rahat şəkildə gedib-gələ biləcəklər. Ölkəmizin bu günkü sürətli sosial-iqtisadi inkişafı əminliklə deməyə əsas verir ki, bu yol gələcəkdə hər bir sakinin mənzilinədək çəkiləcəkdir. Görülən bu işlər ümumilikdə dövlətimizin biz ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının  əyani sübutudur.  Yaşayış məntəqəsində görülən digər işlərdən bəhs olunarkən qeyd olundu ki, kənddə yeni  tibb məntəqəsi, müasir üslublu körpələr evi-uşaq bağçası inşa edilmişdir. Ərazidə  yararsız elektrik dayaqları yeniləri ilə əvəz edilmişdir, kəndarası 600 metr yol xırlanmış və hamarlanmışdır, kəndin giriş hissəsində əhalini içməli su ilə təmin edən içməli su xətti təmir edilmişdir, suvarma arxları betonlaşdırılmışdır, 1 ədəd subartezian quyusu təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
Görüşdə iştirak edən kənd sakinləri Mətanət Məmmədova, Rəfiqə Pənahova, Eminə Abbasova, Binnət Əhmədov bütün kənd ictimaiyyəti adından onlara göstərilən yüksək diqqət və qayğı üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Sonra rayon İcra hakimiyyətinin başçısı səyyar qəbulda  müraciət və təkliflər irəli sürən vətəndaşları dinlədi. Qaldırılan məsələlərin operativ şəkildə həll olunması istiqamətində konkret tapşırıqlarını verdi.

Keçidlər