Təhsil işçilərinə medal və fəxri adlar verilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr tarixli müvafiq sərəncmları ilə Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adlar verilmiş və Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir sıra təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif olunmuşlar. Cənab Prezidentimizin imzaladığı bu sərəncamlar Ağstafa rayon təhsili üçün də əlamətdar olub. Belə ki, təltif olunan müəlimlərin sırasında Ağstafa şəhər 1 saylı tam orta məktəbin müəllimi Babayeva Aygün Məmməd qızı da “Tərəqqi” medalına layiq görülüb. Təbii ki, bu hadisə bir daha onu göstərir ki, ölkə rəhbəri Ağstafa rayonunun bütün sahələrinə olduğu kimi, təhsil sahəsinə də yüksək diqqət və qayğı ilə yanaşır.