Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər sakinləri ilə növbəti görüş

07 oktyabr 2017 | 11:00

Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev sakinlərlə səyyar görüşlərini davam etdirir. Növbəti görüş Ağstafa şəhəri Heydər Əliyev prospekti döngə 1-də yerləşən 16 ailəlik çoxmənzilli yaşayış binasının qarşısında oldu. İcra başçısı binanın sakinləri ilə səmimi söhbət əsnasında ölkə rəhbərliyinin tapşırığına əsasən Ağstafada görülən işlər və eləcə də ağstafalılara göstərilən yüksək dövlət qayğısından bəhs etdi. Sakinlər binanın ətrafının asfaltlanması, işıqlandırma sisteminin yenilənməsi və ərazidə aparılmış abadlıq işləri üçün minnətdarlıqlarını ifadə etdilər. Həmçinin binanın özünün də təmir olunmasını xahiş etdilər. İcra başçısı bildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konkret tapşırığına uyğun bütün rayonlarda, o cümlədən olaraq Ağstafa rayonunda yerləşən çoxmənzilli yaşayış binalarının əksəriyyəti artıq təmir olunmuşdur. Binaların dam örtükləri, qapı və pəncərələri dəyişdirilir, pilləkən qəfəsələri əsaslı təmir olunur, elektrik-rabitə xətləri yenilənir, binaların ətrafında abadlıq-quruculuq işləri həyata keçirilir, ətrafa dekorativ döşəmə daşları vurulur, müasir işıqlandırma sistemi quraşdırılır, sakinlərin rahat dincəlmələri üçün müvafiq istirahət guşələri yaradılır. Ölkə rəhbərliyinin Təbii ki, bu istiqamətdə icra olunan tədbirlərin əsas məqsədi  sakinlərimizin kommunal şəraitlərinin yüksəldilməsi, onların öz mənzillərində maksimum rahat, qayğısız yaşamalarının təmin etməkdən ibarətdir. Cənab Məhərrəm Quliyev sakinlərə bildirdi ki, yaxın zamanda bu binada da əsaslı təmir işlərinə başlanılacaqdır.  

Keçidlər