Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam Həmrəyliyi və milli mənəvi dəyərlərimiz” mövzusunda seminar-müşavirə keçirildi.

10 oktyabr 2017 | 11:00

Ağstafa rayonu Tatlı kənd tam orta məktəbin akt zalında  “İslam Həmrəyliyinin Azərbaycan nümunəsi” layihəsi çərcivəsində “İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” mövzusunda seminar-müşavirə keçirilmişdir. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli dini icmanın üzvləri, kənd ictimaiyyətinin nümayəndələri  və  gənclər iştirak etmişdir. Tədbiri giriş sözü ilə Ağstafa RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı  Əziz Məsmalıyev açaraq bildirdi ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dayanıqlı və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinə dair qanunvericilik bazası beynəlxalq normalara uyğunlaşdırılmış, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit edilmiş, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktlara riayət olunmasına nəzarət gücləndirilmiş, konfessiyalar arasında dözumlülük ənənəsinin möhkəmləndirilməsi, eləcə də dini abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş və mükəmməl dövlət-din münasibətləri sistemi formalaşmışdır. Hazırda Ulu Öndərin layiqli davamçısı və siyasi varisi Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirərək, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi və ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ağstafa rayonunda dini qurumlarla münasibətlər Azərbaycan Respublikasının  Konstitusiyası və “Dini etiqat azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən qurulur. Qeyri ən-ənəvi dini təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədilə mütamadi olaraq tədbirlər həyata keçirilir. Sonra Ağstafa rayon Polis Şöbəsinin əməkdaşı Asif Qasımov  rayonda narkomanlığın qarşısının alınması sahəsində rayon Polis Şöbəsi tərəfindən həyata keçirilmiş tədbirlər barəsində geniş məruzə ilə çıxış etdi. Daha sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şahhüseyin Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tövuz bölgəsi üzrə nümayəndəsi Vüqar Əliyev, Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseynov, kənd ağsaqqalı Məmməd Məmmədov və digərləri çıxış edərək bu kimi tədbirlərinin keçirilməsinin mühüm əhəmiyyətindən danışdılar. 

Keçidlər