Köçəsgər kəndində “Ölkəmizin nəaliyyətləri” mövzusunda seminar-treninq keçirildi
Bu gün rayonun Köçəsgər kəndində 1 saylı tam orta məktəbinin akt zalında “Ölkəmizin nəaliyyətləri.” mövzusunda seminar-treninq keçirimişdir. Tədbirdə kənd rayon İcra hakimiyyətinin məsul işçiləri, bir sıra idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Ramiz Tatarov ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, hərbi gücündən, mövcud siyasi sabitliyindən, beynəlxalq arenadakı və regiondakı yüksək nüfuzundan və uğurundan geniş söz açdı. Qeyd olundu ki, bütün bu uğurlar Ulu öndərimiz Heydər Əliyevin fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etməsinin, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmasının nəticəsidir. Bu gün də ölkəmizin əldə nəaliyyətləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə artan dinamika ilə davam etdir. İcra başçısının birinci müvaini həmçinin Ağstafa rayonunda son illər qoyulan yerli və xarici investisiyalardan, reallaşdırılan irimiqyaslı sosial infrastruktur layihələrdən, görülən geniş abadlıq-quruculuq işlərindən, yeni yaradılan sənaye, istehsal və xidmət sahələrindən, hazırda icrası davam etdirilən və gələcəkdə həyata keçiriləcək infrastruktur layihələrdən geniş söz açdı.
Tədbirdə iştirak edən Köçəsgər kənd sakinləri Hətəm Əsgərov, Vəli Babayev, Talış Tağıyev, Nizami Əliyev, Allahqulu Həsənov da mövzuya dair öz fikirlərini bildirdilər. Qeyd olundu ki, ölkəmizin bütün bölgələrində, o cümlədən Ağstafa rayonunun bütün sahələrində inkişaf, şəhər, qəsəbə və kəndlərin abadlaşması, gözəlləşməsi ilə yanaşı orada yaşayan əhalinin də sosial rifah halının, həyat tərzinin yüksəlməsinə səbəb olmuşdur. Bütün bunlar isə dövlətimizin yürütdüyü məqsədyönlü siyasətinin sayəsində mümkün olmuşdur.
Tədbir işgüzar şəraitdə keçirildi