Şriftin ölçüsü :

Saytın rəngi :

“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsinin icrası sürətlə davam etdirilir

11 oktyabr 2017 | 11:00

“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan  Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşasına  2015-ci ilin martında başlanılıb.  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev 19.10.2016-cı il tarixdə Ağstafa rayonuna səfəri çərçivəsində  “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılan  taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməl qoyma mərasimində iştirak etmiş,  ümumi sahəsi  5048 kvadratmetr olan hazır məhsullar anbarı ilə yaxından tanış olmuşdur.  Dövlət başçısı ümumilikdə “Ağstafa Aqroservis” MMC-nin  layihələri çərçivəsində görülən işləri yüksək qiymətləndirmişdir.
Lyihəyə uyğun olaraq  “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı”  üç zavoddan   ibarət olacaq Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşaat işləri sürətlə davam etdirilir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə növbəti dəfə burada görülən işlərlə yaxından tanış oldu.   Burada saatda 1,0  ton istehsal gücü olacaq  çörək və yarım fabrikatlar  sexi , saatda 25,0  ton istehsal gücülü  toxum istehsal  zavodu  30,0 min tonluq taxıl, 2,0 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, iki mərtəbəli  fasfud   iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılır. Ümumi sahəsi 2,0 min kvadratmetr olacaq fasfud  iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək. Layihə hazır olduqda  240 nəfər daimi işlə təmin ediləcəkdir. Tikinti işlərinin mərhələlərlə  yaxın aylarında yekunlaşması nəzərdə tutulur.

Keçidlər