Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 2017-ci ilin doqquz ayının yekunları müzakirə olundu

12 oktyabr 2017 | 11:00

Bu gün  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlərin Ağstafa rayonunda həyata keçirilməsinə dair Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti  geniş tərkibdə iclası oldu. İclas Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə RİH aparatının akt zalında keçirilirdi. Tədbirdə  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri  və eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan İcra başçısı  gündəlikdə duran məsələlər barədə ümumi məlumat verdi. Rayon İcra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlərin Ağstafa rayonunda həyata keçirilməsinə dair”  geniş məruzə ilə çıxış etdi.  2017-ci ilin 9 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 43.6 faiz artaraq 143.7 milyon manata çatmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 38.3 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 0.9 faiz artmış, nəqliyyat xidmətində 3.3 faiz, rabitə xidmətində 4.3 faiz, ticarət sahəsində 0.4 faiz, tikinti sahəsində 3.0 dəfə artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2.7 dəfə artmış və 68.7 milyon manatdan çox olmuşdur. Rayon üzrə orta aylıq nominal əmək haqqı 240.70 manata çatdırılmışdır Sosial məişət xidməti sektorunda 249 nəfər tənha və ahıl vətəndaşlar xidmət uçotuna götürülmüşdür. Rayon üzrə 2304 nəfərə, 512 ailəyə ünvanlı sosial yardım verilir. 835 nəfər işaxtaran kimi rayon Məşğulluq Mərkəzində  qeydiyyata alınmış və 322 nəfər  işlə təmin edilmişdir. Hazırda Məşğulluq  Mərkəzində 299 vakant iş yerləri mövcuddur.  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun həyata keçirilmişdir. Ağstafa rayonu üzrə 2017-ci ilin yanvar-sentyabr ayları ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 1183 nəfər işlə təmin olunmuşdur.  Rayon üzrə işlə təmin olunanların (1036 nəfər) 87.5 faizi daimi işlərdə işləyənlərdir. Statistik göstəricilərə görə bu ilin 9 ayı ərzində rayonda miqrasiya artımı müsbət saldo ilə nəticələnmiş (gələnlər 92, gedənlər 50, artım +42), təbii artım 457 (doğulanlar 937, ölənlər 480), rəsmi qeydiyyata alınan nigahların sayı 345, boşanmaların sayı (75) bu göstəricinin 21.7 faizini  təşkil edir.  Ölkə iqtisadiyyatında xüsusi çəkisi olan kənd təsərrüfatının əsas strateji hədəfi əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Aparılan aqrar islahatlar kənd təsərrüfatında yeni münasibətlərin formalaşmasına və nəticədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Bu il Ağstafa rayonu üzrə cəmi 30883 ton taxıl istehsal olunmuşdur və hər hektardan 30.0 sentner məhsul götürülmüşdür. Kənd təsərrüfatı məhsullarının əkilib becərilməsində 19776 nəfər məşgul olmuşdur. 2017-ci ildə Ağstafa rayonu üzrə 9824 istehsalçıya 1123833 manat subsidiya verilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq rayonumuzda 500 hektar şəkər çuğunduru əkilmişdir.  Tovuz Subartezian Quyularının İstismarı İdarəsininin Ağstafa İstismar sahəsi 226 ədəd subartezian quyusunun istismarına xidmət edir. İlin 9 ayı ərzində 47 ədəd subartezian quyusunda cari, 68 ədəd subartezian quyusunda əsaslı təmir işləri aparılıb. Mövcud subartezian quyuları vasitəsilə 3554 hektar əkin sahələrinin suvarılması həyata keçirilmişdir. Rayonun Pirili (2), Kolxəlfəli (1), Aşağı Kəsəmən (2), Zəlimxan (1), Qıraq Kəsəmən (1), Poylu kəndi (2), Qarahəsənli (1), Molla Cəfərli (1), Ağstafa şəhəri (1) ərazisində 12 ədəd yeni subartezian quyusunda qazma işləri başa çatdırılmış və istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 05.06.2017-ci il tarixli sərəncamı ilə rayonumuzda 7 ədəd subartezian quyusunun qazma işləri aparılır. Rayonda əkin sahələrinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması üçün Pirili, Xılxına, Köçəsgər, Eynallı, Aşağı Göycəli, Aşağı Kəsəmən və Poylu  kəndlərində quyuların qazılması həyata keçirilir.Rayonda təhsilin infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində ciddi işlər aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 21.10.2016-cı il tarixli Sərəncamına uyğun olaraq 1320 şagird yerlik Ağstafa şəhər 3 saylı tam orta məktəbin əsaslı təmiri işləri həyata keçirilir. Köhnəqışlaq  kənd  tam orta məktəbi üçün 108 yerlik yeni məktəb binasının və Kolayır kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisi  işləri başa çatdırılmışdır.  Ağstafa rayonunda abadlıq-quruculuq və təmir-tikinti sahəsində sürətli inkişaf təmin edilmişdir. Ağstafa şəhərinin abadlaşdırılması küçə və meydanların yenidən qurulması çoxmənzilli yaşayış bunalarının təmiri işləri ön plana şəkilmişdir. C.Cabbarlı küçəsində abadlıq-yenidənqurma işləri aparılmışdır. Aşıq Ələsgər, Mehdi Mustafayev, H.Aslanov və Nizami küçələrində abadlıq işləri üçün hazırlıq işləri aparılır, zəbt olunmuş səkilər açılmış və ağaclar budanmışdır. Şəhərin Ş.Qurbanov 4, 23 və 24 saylı, M.Allahverdiyev 16, 20, 22 saylı, R.Alıcanov 1 və 2 saylı,  C.Cabbarlı küçəsində 17, 19 və 38 saylı, Heydər Əliyev prospekti 36 saylı yaşayış binalarının dam örtüyü dəyişdirilmiş, fasad hissəsi, pilləkən boşluqları və həyətlərində təmir bərpa işləri görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və kompleks tədbirlər həyata keçirilir. Son illər Ağstafa rayonunda yol infarstrukturunun əsaslı, yenidən quruluması uğurla icra olunur.  Əsaslı şəkildə yenidən qurulan  Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən uzunluğu 15,5 km olan Ağstafa – Köçəsgər  avtomobil yolunda əsaslı yenidənqurma işləri başa çatdırılmışdır. Vurğun, Ğöycəli, Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərini rayon mərkəzi ilə əlaqələndirən uzunluğu 24 km olan Vurğun-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. 9,5 km uzunluğunda Köçvəlili-Qarayazı avtomobil yolunun əsaslı surətdə yenidənqurulması başa çatsdırılmışdır. 9.5 km uzunluğunda olan Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu avtomobil yolunun tikintisi həyata keçirilıir. Ağstafa rayonu ərazisində əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə 4 körpünün tikintisi, Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpünün inşası başa çatdırılmışdır. Layihə çərçivəsində dəmir yolu, Ağstafaçay və Acıdərəçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılmışdır.  2017-ci ilin yanvar-sentyabr ayları ərzində Ağstafa rayonu İcra hakimiyyəti başçısının aparatına vətəndaşların 564 müraciəti daxil olmuş, rayon İcra hakimiyyəti tərəfindən 4880 nəfər vətəndaş qəbul edilmiş, yerlərdə 34 səyyar qəbulları keçirilmiş, həmin görüşlərdə 3966 nəfər iştirak etmiş, 344 təklif irəli sürülmüşdür. Qaldırılan problem və təkliflərin 164-ü həll olunmuş, 80-nin icrası davam etdirilir, 100 təklifin icrası növbəti aylarda nəzərdə tutulur. Məsələ ətrafında güniş müzakirələr aparıldı.
Şura iclası  işgüzar şəraitdə keçirildi.

Keçidlər