“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının Ağstafa rayounda növbəti mərhələsi keçirildi
13 mart 2013-cü il tarixdə Ağstafa rayonu Heydər Əliyev Muzey-Mərkəzində festivalın növbəti mərhələsi keçirildi. Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Ramiz Tatarov açaraq tədbir iştirakçılarını salamladı. Ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasında və müğam sənətinin inkişafında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın misilsiz xidmətlərindən danışdı. Bu cür möhtəşəm tədbirin rayonumuzda keçirilməsi münasibəti ilə bütün ağstafalıları təbrik etdi.
Tədbirdə ilk öncə Çinin “Beautiful girls” qadınlardan ibarət ansanbılı çıxış etdi. Onların təqdim etdikləri milli muğam musiqiləri tamaşaçıların böyük maraq və alqışlarına səbəb oldu.
Sonra Azərbaycanın görkəmli incəsənət nümayəndələri əməkdar artist Almaz Orucova, gənc istedadlı muğam ifaçısı Ehtiram Hüseynov zalda əyləşən tamaşaçıların zövqünü oxşayaraq hər kəsi feyziyab etdilər.
Tədbir sona çatdıqdan sonra tamaşaçılar festival iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər.