Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr Dövlət Müstəqilliyi Günü Ağstafa rayonunda qeyd olundu

18 oktyabr 2017 | 11:00

18 oktyabr 2017-ci il tarixdə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində  “18 oktyabr dövlət müstəqilliyi günü” ilə əlaqədar seminar-müşavirə keçirilmişdir. Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, hüquq mühafizə orqanlarının  işçiləri və gənclər iştirak etmişdir.  Tədbiri giriş sözü ilə başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova acaraq bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir. Beləliklə Azərbaycan 20-ci əsrdə ikinci dəfə müstəqilliyinə qovuşmuşdur. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin və onlara dəstək verənlərin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı.
       Belə bir məqamda Xalq öz böyüklüyünü göstərib qətiyyətlə ayağa qalxaraq öz böyük oğlu Heydər Əliyevi Vətənə çağırdı. Bununla da böyük siyasi təcrübəyə malik olan ulu öndər Heydər Əliyevin uzaq görən siyasəti sahəsində dövlət  müstəqilliyimiz daha da möhkəmlənməyə başladı.
       Bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan regionları inkişaf edir. Bölgələr canlanır, şəhərlərimiz abadlaşır, müasir infrastruktur layihələri icra edilir.   
        Daha sonra QMƏŞAİB - nin sədri Yaqub İsmayılov, Əməkdar müəllim Sevda Əliyeva, Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev və digərləri çıxış edərək dövlət müstəqilliyimizin əhəmiyyətindən və ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışdılar.

Keçidlər