Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizin nəaliyyətləri” mövzusunda görüşlər davam etdirilir

21 oktyabr 2017 | 11:00

Müvafiq qrafikə uyğun olaraq Ağstafa rayonunun yaşayış məntəqələrində “Ölkəmizin nəaliyyətləri” mövzusunda görüşlər keçirilir. Növbəti belə tədbir rayonun Tatlı kənd tam orta məktəbinin akt zalında keçirildi. Görüşdə RİH aparatının məsul işçiləri, rayon ağsaqqalları, ziyalıları, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi. İclası giriş sözü ilə RİH aparatının  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlar ilə iş şöbəsinin rəhbəri Şaiq Qurbanov açaraq dövlətimizin daxili və xarici siyasəti haqqında, ölkəmizin beynəlxalq arenada qazandığı yüksək imicindən, əldə olunmuş sosial-iqtisadi uğurlarından, mövcud siyasi sabitliyindən geniş söz açdı. Rayonun baş memarı Sənan Mustafayev öz növbəsində ölkə rəhbərliyinin müvafiq tapşırıqları ilə Ağstafada həyata keçirilən geniş abadlıq quruculuq, iri miqyaslı sosial infrastruktur layihələrdən və bu istiqamətdə gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verdi. Sonra Tatlı ziyalısı Məmməd Məmmədov, kənd ağsaqqalı  Nəsir Nağıyev, Kəmalə Əsgərova öz çıxışlarında qeyd etdilər ki, həqiqətən də günü-gündən ölkəmiz çiçəklənir, inkişaf edir. Tədbirdə iştirak edən sakinlər görülən bütün işlərə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər