Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərinin Nizami küçəsində də yenidənqurma işləri aparılır

23 oktyabr 2017 | 11:00

Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014-2018-ci illər) uyğun olaraq  rayonda həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində Ağstafa şəhər küçələrinin də yenidən qurulması işləri istiqamətində tədbirlər uğurla icra olunur. Hazırda Nizami küçəsində aparılan yenidənqurma işləri sürətlə davam etdirilir. Belə ki, 1,1 kilometr uzunluğunda olan küçəyə asfalt beton örtüyünün qoyulması işləri davam etdirilir. Asfalt örtüyünün salınması zamanı su-kanalizasiya xətləri, kanalizasiya lyuklarının qapaqları xüsusi ilə nəzərə alınmışdır. Küçədə elektrik, rabitə dayaqları yenilənmiş, işıqlandırma sistemi bərpa olunmuş, kommunikasiya xətləri səliqəyə salınmışdır.
Yenidən qurulan Nizami küçəsi yaxın vaxtlarda sakinlərin istifadəsinə veriləcəkdir. Küçədə yaşayan sakinlər onlara göstərilən yüksək diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Keçidlər