Ağstafada becərilən şəkər çuğundurunun yığımı davam edir
23 oktyabr 2017 | 11:00
Bu il Ağstafa rayonunun Ceyrançöl ərazisi və Eynallı, Köçəsgər, Qırılı, Göycəli, Pirili, Zəlimxan kəndləri də daxil olmaqla ümumilikdə 501 hektar ərazidə şəkər çuğunduru becərilibdir. Hazırda məhsulun yığımı prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir. Əkin işlərində “Ağstafa Aqroservis”, Aqrolizinq və İmişli Şəkər zavodunun kənd təsərrüfatı texnikalarından istifadə olunmuşdur. Yüksək və dаyаnıqlı məhsul əldə еtmək üçün, еlmin və müasir dövrün qаbаqcıl təcrübəsindən istifadə olunmuşdur. Çıxarılan şəkər çuğunduru toplanaraq İmişli Şəkər zavoduna təhvil verilir. Məhsul yığımı yaxın zamanda tam şəkildə yekunlaşacaqdır