Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib

23 oktyabr 2017 | 11:00

Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağstafa rayonu Poylu kəndində  “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində “Dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq  milli-mənəvi dəyərlərimizin dövlətçiliyimizin möhkəmləndirilməsində oynadığı roldan danışıb.
DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Saleh Aslanov bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi önəm daşıyır.
DQİDK-nın əməkdaşı Əliheydər Zülfüqarov  Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə, dinə, din xadimlərinə göstərdiyi qayğıdan danışıb, dövlət-din münasibətləri sahəsində gördüyü işləri xüsusi vurğulayıb.
O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi irsimizin qorunması və inkişafı istiqamətindəki xidmətlərindən danışıb.
Tədbirin sonunda iştirakçılara DQİDK-nın nəşr etdirdiyi dini təyinatlı kitablar və digər çap məhsulları paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Keçidlər