Ağstafa şəhəri Rəfail Əsədov küçəsində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhərində Rəfail Əsədov küçəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Cahangir Allahverdiyev Rəfail Əsədov küçəsinin giriş hissəsində hərəkətə mane olan elektrik transformatorunun yerinin dəyişdirilməsini xahiş etdi.
2. Nodari Qəhrəmanov Rəfail Əsədov küçəsinə asfalt örtüyünün salınması və piyadaların təhlükəsiz gediş-gəlişini təmin etmək üçün səkinin yenidən qurulmasına ehtiyac olduğunu qeyd etdi.
3. Hicran Bəhramova şəhərdə aparılan kanalizasiya və içməli su şəbəkəsinin çəkilişinin sürətləndirilməsindən danışdı.
4. Vahid Novruzov şəhərin mərkəzi küçələrinə əhalinin ümumi istifadəsində olan içməli su krantlarının quraşdırılmasını təklif etdi.
5. Qurban Kərimov dəmir yolunun alt hissəsinə yığılmış artıq torpaq təpəciklərinin daşınmasını və qazonun salınmasını təklif etdi.
6. Kifayət Hüseynova küçədə olan görkəmsiz ticarət köşklərinin götürülməsini qeyd etdi.
7. Rövşən Babayev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
8. Afayət Əliyeva küçədə toplanan məişət tullantılarının vaxtında yığılaraq daşınmasının təmin edilməsini xahiş etdi.
9. Nadir Məmmədov keçmiş taxıl hazırlığı anbarının ərazisində artıq torpaqların götürülməsi və ərazinin hamarlanması haqda danışdı.
10. Şahin Həsənov Rəfail Əsədov küçəsinə içməli suyun verilmə müddətinin artırılmasını xahiş etdi.
11. Anar Məmmədov küçədə mövcud yararsız darvazaların taxta qapılarla əvəz edilməsini təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd edildi ki, hazırda Ağstafa şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində kommunal şəraiti dözülməz olan ailələr üçün 86 mənzilli bütün lazımi avadanlıqlarla təmin olunacaq binaların tikintisi sürətlə davam etdirilir, M.Ə.Rəsulzadə və R.Alıcanov küçələrində quruculuq işləri tam başa catmış və əhalinin istifadəsinə verilmişdir. Şəhərin Ü.Hacıbəyov küçəsinə asfalt örtüyünün salınması tam başa çatdırılmışdır. Hazırda şəhərin Səməd Vurğun və 20 yanvar küçələrində abadlıq işlərinə başlanılmışdır. Yaxın müddətdə R.Əsədov küçəsinin də yenidən qurulması işinə başlanılacaqdır.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.