Yenidən qurulan Nizami küçəsinə baxış və sakinlərlə görüş keçirildi
Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq son illər ölkəmizin hər yerində olduğu kimi Ağstafa rayonunda da abadlıq, quruculuq işləri geniş vüsət almışdır. Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində Ağstafa şəhərinin küçələri də planlı şəkildə yenidən qurulur. Küçələrə yeni asfalt örtüyü salınır, rahat və təhlükəsiz piyada səkiləri yaradılır, küçələrin elektrik və kommunikasiya xətləri yenilənir, müasir tipli işıq və rabitə dirəkləri quraşdırılır, həmçinin sakinlərin istək və arzuları da nəzərə alınaraq müvafiq addımlar atılır. Hazırda Ağstafa şəhərinin Nizami küçəsində də bu istiqamətdə işlər sürətlə davam etdirilir. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə Nizami küçəsində aparılan işlərlə yaxından tanış oldu, sakinlərlə görüşdü. Sakinlərlə görüşdə İcra başçısı qeyd etdi ki, həyata keçirilən bütün işlər dövlətimizin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqətin təzahürüdür. Bu istiqamətdə icra olunan tədbirlər məhs sakinlərin rahat və qayğısız yaşamalarına xidmət edir.