"Dini radikalizm, erkən nikahlar və narkomaniyaya qarşı mübarizə" mövzusunda növbəti seminar müşavirə
Ölkəmizdə gənclərin hərtərəfli inkişafına, onların asudə vaxtının səmərəli təşkili hər zaman diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanunu qəbul edilmiş və qanunun tətbiqi ilə əlaqədar fərmanlar verilmişdir.
Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın gördüyü işlərin səmərəliyini artırmaq, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində işləri daha da yaxşılaşdırmaq məqsədi ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısının müvafiq sərəncamına əsasən tərtib olunmuş qrafikə uyğun olaraq seminar müşavirələr keçirilir. Növbəti seminar müşavirələr Ağstafa şəhərinin 1 və 2 saylı tam orta məktəblərində təşkil olunmuşdur. 9 – 11-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə dini radikalizm erkən nikahlar, insan alveri, narkomaniya və zərərli maddələrin dövriyyəsi və istifadəsinə qarşı mübarizə mövzusunda rayon İcra hakimiyyəti başçısı aparatının, rayonunu səhiyyə və təhsil sahəsinin məsul şəxsləri geniş məruzələrlə çıxış etmişlər.