Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində abadlıq-quruculuq işləri sürətlə davam etdirilir

31 oktyabr 2017 | 11:00


Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014-2018-ci illər) uyğun olaraq  rayonda həyata keçirilən abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində həmçinin Ağstafa şəhər küçələri yenidən qurulur, eləcə də çoxmənzilli yaşayış binaları əsaslı təmir edilir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə təmir-tikinti işlərinin davam etdiyi Ağstafa şəhəri S.Vurğun küçəsində yerləşən 8 ailəlik 23 nömrəli binada və yenidəqnurma işləri davam etdirilən C.Cabbarlı küçəsində aparılan işlərlə yaxından tanış oldu. Müvafiq tapşırıqlarını verən İcra başçısı qey etdi ki, bu binada işlər yekunlaşdırıldıqdan sonra Ağstafa şəhəri Heydər Əliyev prospekti döngə 1-də yerləşən 16 ailəlik və döngə 2-də yerləşən 20 ailəlik çoxmənzilli yaşayış binalarında da müvafiq təmir-tikinti işləri həyata keçiriləcəkdir.  Şəhərin 1,1 km uzunluğunda olan Nizami küçəsi və C.Cabbarlı küçəsində yenidənqurma işləri başa çatdıqdan sonra isə Ağstafa şəhərinin Mehdi Mustafayev, Aşıq Ələsgər, Həzi Alsanov və Müseyib Allahverdiyev küçələrinin də əsaslı təmirinə start veriləcəkdir.

Keçidlər