Şriftin ölçüsü :

Saytın rəngi :

“QARABAĞ”ımızın növbəti zəfər sədaları Avropadan: İspaniyanın paytaxtı Madriddən gəldi

01 noyabr 2017 | 11:00

Dünya futbolunun ən mötəbər klub turniri olan Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil edən Ağdamın  “Qarabağ” komandası Avropada növbəti möhtəşəm tarixini yazdı. Belə ki,  “C” qrupunda yer alan Azərbaycan çempionunun həm 19 yaşadək  futbolçulardan ibarət və həm də əsas komandası səfərdə Madridin “Atletiko” komandası ilə qarşılaşmalarda möhtəşəm zəfərlərə imza atdı. Əvvəlcə İspaniyanın paytaxtında UEFA Gənclər Liqasının növbəti turunda 19 yaşlı “Qarabağ”lılar həmyaşıdlarına 0-1 hesabı ilə qalib gələrək zəfərimizin təməlini qoydu. Eyni gündə Bakı vaxtı ilə saat 23:45-də isə bütün Azərbaycanın ürəyinin döyündüyü “Metropolitano” stadionunda “Atletiko” ilə qarşılaşan “Qarabağ”ın əsas heyəti gərgin mübarizədən zəfərə bərabər heçheçə ilə ayrıldı. “Qarabağ”ın ispaniyalı oyunçusu Miçel 40-cı dəqiqədə künc zərbəsindən ötürülən topu effektli baş zərbəsi ilə tora qovuşdurdu. Oyunun 59-cu dəqiqəsində hakimin göstərdiyi “qarmızı” vərəqəyə əsasən azlıqda mübarizə aparmasına baxmayaraq “Qarabağ” rəqibinin adından çəkinməyərək əsil mübarizlik və döyüşkənlik nümayiş etdirməklə oyundan 1-1 hesablı bərabərliklə 1 xalla ayrılmağı bacarıdı. Bu xal həm də mötəbər turnirdə “Qarabağ”ın qazandığı ilk səfər xalı oldu.
İki mövsüm ardıcıl olaraq Çempionlar Liqasının final mərhələsində oynamış “Ateltiko” Madridlə öncə Azərbaycanın sonra isə İspaniyanın paytaxtında başa-baş mübarizə apararaq xallar qazanması münasibəti ilə hər bir azərbaycanlını təbrik edirik.

Keçidlər