Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda dərslər davam etdirilir

01 noyabr 2017 | 11:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasətinin, həyat  və fəaliyyətinin öyrənilməsi və gənc nəslə çatdırılması ilə əlaqədar Ağstafa rayonu İcra hakimiyyətinin başçısı müvafiq sərəncam imzalamışdır. Sərəncama əsasən  tərtib olunmuş qrafikə uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda dərslər keçirilir. Dərslər rayonun qabaqcıl tarix müəllimləri tərəfindən tədris olunur. Dərslərdə İri ölçülü ekranda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmlər nümayiş etdirilir. Həmçinin Heydər Əliyev Mərkəzinin bələdçilərinin müşayiəti ilə şagirdlərin mərkəzin muzey salonlarına ekskursiyaları da təşkil olunur.
Müvafiq qrafikə uyğun olaraq dərslər 2017/2018- ci tədris ilinin sonuna qədər Ağstafa rayonunun bütün ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakını təmin edəcəkdir.

Keçidlər