2013-cü il 15 mart tarixində Ağstafa rayonu İcra hakimiyyəti başçısının yanında Şuranın geniş iclası keçirildi
İclasın gündəliyinə:
1. Rayon əhalisinin sanitariya-epidemioloji sağlamlığının təmin olunması, istehsalat və məişət tullantılarının yığılması və daşınması, rayon ərazisində kompleks gigiyena tədbirlərinin və epidemiya əleyhinə işlərin həyata keçirilməsi sahəsindəki vəziyyət barədə.
2. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin edilməsi. (R.İmanov)
3. Rayon İcra hakimiyyətinin tabeliyində olan müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi və dövlət idarəçiliyinin yeni iş stil və metodlarının gücləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi barədə.
İclası giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq gündəlikdə duran məsələlərin əhəmiyyəti barədə geniş məlumat verdi.
Gündəlikdə duran məsələlər barədə başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, başçının müavini-Aqrar məsələlər şöbəsinin müdiri Ramiz İmanovun məruzələri dinlənildi.
Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev məsələlərin müzakirəsi zamanı ortaya çıxan nöqsanlar və çatışmamazlıqlarla əlaqədar olaraq Rayon üzrə Maliyyə şöbəsinin müdiri Vaqif Ələkbərova, rayon Təhsil şöbəsinin müdiri Fərhad Vəliyeva, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağstafa rayon şöbəsinin müdiri Ələkbər İsgəndərova, Ağstafa Telekommunikasiya qovşağının rəisi Mirəsgər Mahmudova, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zoya Nəbiyevaya sərt şəkildə iradlarını bildirərək konkret tapşırıqlarını verdi.
Ümumilikdə şura iclası işgüzar şəraitdə keçdi.