Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərxalça” ASC-nin Ağstafa filialı istifadəyə hazırdır

02 noyabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi Ağstafa rayonunda da ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində tədbirlər uğurla icra olunur. Belə ki, Ağstafada qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq “Azərxalça” ASC-nin Ağstafa filialının təsis edilməsi qərara alınmışdır. Tikinti üçün rayon İcra hakimiyyəti tərəfindən şəhərin Hüseyn Arif küçəsində 0,38 ha torpaq sahəsi ayrılmışdır. Layihə üzrə bir mərtəbəli və ümumi sahəsi 1246,0 kv. metr olan binanın inşaat işləri tam yekunlaşdırılmışdır. Fabrikdə hazırda  son tamamlama işləri aparılır. 465,60 kv. metr sahəsi olan  toxuculuq zalında  iş prosesi üçün ən yüksək şərait yaradılmışdır.  Toxucuların səmərəli fəaliyyət göstərmələri üçün hər bir amilin nəzərə alındığı geniş zalda ən müasir avadanlıqlar quraşdırılmışdır.  Hazırda burada işə qəbul olunmuş 60 nəfərədək toxucu qadın müxtəlif növ xalça nümunələri üzərində işləyərək müvafiq  təcrübə toplayırlar. Fabrik tam fəaliyyətə düşdükdən sonra isə toxucuların sayı 150 nəfər təşkil edəcəkdir. Fabrik binasında həmçinin gələcəkdə istehsal olunacaq xalçaların satışı üçün də müvafiq otaq yaradılmışdır.  Müəssisənin həyətyanı ərazisində də abadlıq-quruculuq işləri aparılmışdır. Belə ki, binanın ətrafı dekorativ hasara alınıb, yerə müasir tipli döşəmə daşı vurulmuş, dekorativ yaşıllıqlar əkilmişdir. 

Keçidlər