“Ölkəmizin nəaliyyətləri” mövzusunda növbəti tədbir Kolxəlfəli kəndində keçirildi
Tərtib olunmuş müvafiq qrafikə uyğun olaraq Ağstafa rayonunun yaşayış məntəqələrində “Ölkəmizin nəaliyyətləri” mövzusunda növbəti tədbir Kolxəlfəli kəndində keçirildi. Kolxəlfəli kənd tam orta məktəbinin akt zalında keçən tədbirdə Rayon İcra hakimiyyətinin məsul işçisi Ramiz İmanov, rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə Ramiz İmanov açaraq dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasəti haqqında, respublikada sənayenin, kənd təsərrüfatının inkişafı üçün atılan addımlar barədə, yeni iş yerlərinin yaradılmasına dair, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Ağstafada görülmüş işlər və qarşıya qoyulan vəzifələr barədə ətraflı məlumat verdi. Firdovsi Heydərli və İbrahim Əliyev də mövzu ətrafında geniş məruzələrlə çıxış etdilər. Qeyd olunmuşdur ki, son illər ölkəmizdə müşahidə edilən iqtisadi inkişaf nəticəsində işsizliyin səviyyəsi xeyli azalmış, əhalinin maddi rifah halı yaxşılaşmışdır. Hazırda Azərbaycanın təşəbbüsü ilə regionda bir sıra iri layihələr reallaşdırılır. Tədbirdə həmçinin ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən də bəhs olunmuşdur.