Şriftin ölçüsü :

Saytın rəngi :

“Ağstafada bütün yaşayış binaları gözəl olmalıdır”

06 noyabr 2017 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bu sözləri Ağstafa şəhərindəki yaşayış binalarının sakinləri ilə görüşlərində deyir.

O, sakinlərə məlumat verir ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın bütün bölgələrində, o cümlədən Ağstafa şəhərində çoxmənzilli binaların tamamilə yenidən qurulması, küçələrin abadlaşdırılması, nümunəvi məhəllələrin salınması üçün konkret tapşırıqlar verib və bu istiqamətdə Ağstafa rayonuna da hərtərəfli diqqət, qayğı və kömək göstərir. Elə buna görə də 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramına uyğun olaraq, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində Ağstafa şəhərinin küçələri yenidən qurulur, çoxmənzilli yaşayış binaları əsaslı təmir edilir.

Bu günlərdə rayon icra hakimiyyətinin başçısı M.Quliyev müvafiq təsərrüfat rəhbərləri ilə birlikdə təmir-tikinti işlərinin davam etdiyi Səməd Vurğun küçəsində yerləşən 8 ailəlik binada, eləcə də Cəfər Cabbarlı küçəsində aparılan işlərlə yaxından tanış olub. Müvafiq tapşırıqlarını verən icra hakimiyyətinin başçısı qeyd edib ki, bu binada işlər yekunlaşdırıldıqdan sonra şəhərin Heydər Əliyev prospektindəki 16 ailəlik və 20 ailəlik çoxmənzilli yaşayış binalarında da eyni cür təmir-tikinti işləri həyata keçiriləcəkdir. Şəhərin 1,1 kilometr uzunluğunda olan Nizami küçəsi və C.Cabbarlı küçəsində yenidənqurma işləri başa çatdıqdan sonra isə Ağstafa şəhərinin Mehdi Mustafayev, Aşıq Ələsgər, Həzi Alsanov və Müseyib Allahverdiyev küçələrinin də əsaslı təmirinə start veriləcəkdir.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
 

http://www.xalqqazeti.com/az/news/news/92619

Keçidlər