Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Gününə həsr olunmuş veloyürüş keçirildi

08 noyabr 2017 | 11:00

9 noyabr Dövlət Bayrağı Gününü münasibəti ilə Ağstafada  ənənəvi veloyürüş keçirildi. Yeniyetmə və gənclərin iştirak etdiyi veloyürüşə Ağstafa şəhəri  Heydər Əliyev Mərkəzinin önündən  start verilmişdir. İştirakçılar Ağstafa şəhəri  Heydər Əliyev prospekti və R.Alıcanov küçəsindən keçdikdən sonra Dövlət  Bayrağı Meydanının yanında yarışı başa vurdular.  Yekunda finiş xəttini Hacıyev Kənan İlqar oğlu, Axundov Nəsrəddin Elçin oğlu , Mahmudov Mirsalam Habil oğlu ardıcıl olaraq hamıdan öndə  keçdilər. Qaliblər Dövlət Bayrağı Meydanında  təşkil olunmuş mükafatlandırma  mərasimində  müvafiq diplom və hədiyyələrlə təltif olundular. 

Keçidlər