Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr Konstitusiya Günü Ağstafada qeyd olundu

10 noyabr 2017 | 11:00

Ağstafa şəhəri Heydər Əliyev Mərkəzinin böyük konfrans zalında  “12 noyabr Konistitusiya Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, bir sıra idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyəti başçısının müavini  Lalə Eyyubova açaraq bildirdi ki, əsirlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalq qarşısında ötən əsrin 90-cı illərində dövlət təsisatların yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün  zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi . Həmin gündən etibarən ölkəmizdə “12 noyabr Konstitusiya Günü” kimi qeyd olunur.
        Daha sonra rayon İcra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Müşfiq Hüseynov, Ağstafa rayon Prokurorunun böyük köməkçisi Emil Qurbanov, Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi, əməkdar  müəllim  Sevda Əliyeva və Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli çıxış edərək      bildirdilər ki, ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlət quruculuğunun formalaşdırılması istiqamətində sosial-iqtisadi, hüquqi və digər sahələrdə əsaslı islahatlar aparılaraq qanunvericilik bazası təkmilləşdirilmiş və cəmiyyətin hərtərəfli inkişafı üçün zəruri şərait yaradılmışdır.

Keçidlər