Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi Ağstafada qeyd olundu

13 noyabr 2017 | 11:00

Bu gün Ağstafa şəhər Musiqi Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə geniş tədbir keçirildi. Öncə tədbir  iştirakçıları Ağstafa şəhəri Heydər Əliyev adına  mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsi  önündə gül dəstələri qoydular, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirdilər.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq  Yeni Azərbaycan Partiyasının tariximizin ağır günlərində yarandığını və sonradan bu partiyanın dövlətimizin çiçəklənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstədiyini bildirdi. Qeyd oludnu ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən və dövlətimizin rifahına hədəflənmiş uğurlu siyasi strategiyasının məntiqi nəticəsi idi. Bu gün də bu siyasətin möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi qazanılan nailiyyətlərin davamlı olmasına əsaslı zəmin yaradır. Məhz bunun nəticəsidir ki, Azərbaycan daha da inkişaf edir, öz nüfuzunu durmadan artırır.  Rayon İcra hakimiyyəti başçısı çıxışının sonunda bütün partiya üzvlərini, tədbir iştirakçılarını partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik etdi.
Sonra  çıxış edən Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Təşkilatının sədri Ramiz Tatarov da partiyanın keçdiyi çətin və şərəfli tarixi yola nəzər saldı. Partiyanın təsis edildiyi illərdə ölkəmizin ciddi problemlərlə üz-üzə qaldığını, xalqımızın çox çətin günlər yaşadığını vurğuladı. Lakin partiyanın yaranması və dahi şəxsiyyət Heydər Əliyevin xalqın inam və etimadının sayəsində prezident seçilməsindən sonra dövlətimizin qüdrətlənməyə və inkişaf etməyə başladığını diqqətə çatdırdı. Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan, bu partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd etdi. Partiyanın sıralarının günbəgün artmasını, sosial bazasının daha da möhkəmlənməsini ulu öndər Heydər Əliyev ideologiyasına etimadın və dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu söylədi. Xalqımız öz gələcək taleyini bu ideologiyaya bağlamaqla nə qədər uzaqgörən və müdrik olduğunu bir daha sübut etmiş oldu. Bu ideologiya xalqımızı həmrəy etdi, dövlətimizi daha da inkişafa və tərəqqiyə apardı. Partiyanın cəmiyyətin inkişafına, xüsusilə gənclərin hərtərəfli inkişafına yaratdığı şəraiti yüksək qiymətləndirdi.  Sonda Partiya fəallarına “Fəxri Fərman” və hədiyyələr təqdim edildi.
Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.

Keçidlər