Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı məktəblilərin Lənkəran-Masallı-Astara rayonlarına ekskursiyaları başa çatıb

14 noyabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində noyabrın 11-dən 14-dək məktəblilərin bölgələrə növbəti ekskursiyası başa çatıb. Hər il olduğu kimi bu il də tur-aksiyasına qoşulan Ağstafalı məktəblilər onları müşayiət edən bələdçi-müəllimlərlə dörd gün ərzində Lənkəran-Masallı-Astara rayonlarına ekskursiya ediblər. Tur çərçivəsində hər üç rayonun tarixi, mədəniyyəti, coğrafiyası ilə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələr ilə yaxından tanış olublar, muzeyləri, mərkəzləri ziyarət ediblər, parkları, təbiət qoruqlarını gəziblər.
Tur-aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri yola salıblar.
Cənub bölgəsindən zəngin təəssüratla ayrılan məktəblilər ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər