Şriftin ölçüsü :

Saytın rəngi :

“ İslam sülh və həmrəylik dinidir” mövzusunda tədbir keçirildi

23 noyabr 2017 | 11:00

23 noyabr 2017-ci il tarxdə Ağstafa şəhər 2 saylı tam orta məktəbində “İslam sülh və həmrəylik dinidir” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açaraq bildirdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci il “İslam həmrəyliyi ili” elan olunmuşdur. “İslam həmrəyliyi ili “ elan olunması ölkəmizin islam dünyasının birliyinə verdiyi böyük önəmin göstəricisidir. Cənab prezident dəfələrlə çıxışlarında islamı ekstremizm və terrorizmlə eyniləşdirməyə çalışanlara qarşı çıxaraq bu dinin sülh və qardaşlıq dini olduğunu vurğulamışdır.
          Ağstafa rayonunda dini qurumlarla münasibətlər Azərbaycan Respublikasının  Konstitusiyası və “Dini etiqat azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən qurulur. Qeyri ən-ənəvi dini təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədilə mütamadi olaraq tədbirlər həyata keçirilir.
         Daha sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin İctimaiətlə Əlaqələr şöbəsinin işçisi Ramin Baxşəliyev və  Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bölgə üzrə şöbə müdiri Rasim Tağıyev çıxış edərək dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi və ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verdilər.

Keçidlər