Şriftin ölçüsü :

Saytın rəngi :

"Şahin" hərbi- idman oyunlarının rayon birinciliyi keçirilmişdi

16 mart 2013 | 11:00

15 mart  2013-cü il tarixdə Ağstafa şəhər 2 saylı tam orta məktəbində yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin yüksəldilməsinə xidmət etdən "Şahin" hərbi- idman  oyunlarının rayon birinciliyini keçirdi. Birincilikdə Ağstafa rayonu üzrə 34 tam orta məktəbin komandası iştirak edirdi. Yüksək mübarizə şəraitində keçən birincilikdə 1-ci yeri Həsənsu, 2-ci yeri Böyük Kəsik və 3-cü yeri Tatlı kənd tam orta məktəbin komandaları tutdular. Yer tutan komanda üzvlərinə diplom və müxtəlif həvəsləndirici hədiyyələr təqdim edildi. Qalib komanda  rayonumuzu zonalar üzrə keçiriləcək "Şahin" hərbi- idman  oyunlarında təmsil edəcəkdir.

Keçidlər